Sosial şəbəkədə biz:

Bakıda mənzildə yanğın olub, ölən var

08 November 2018, 09:35
Gündəm
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi olub. "Report" FHN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 m2 sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb. Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.