Sosial şəbəkədə biz:

Təcili: Bakıda poliklinikanı şübhəli qaz iyi bürüdü, həkimlər huşunu itirdi

08 November 2018, 14:20
Gündəm
Nərimanov rayonundakı 8 saylı poliklinikada gözlənilməz hadisə baş verib - binada qaz xətti olmadığı halda ətrafı kəskin qaz iyi bürüyüb. Baş həkim Tamella Kərimova dərhal işi dayandırıb, işçilər təxliyə edilib, bu barədə Fövqəladə Hallar Nazirliyinə və hüquq-mühafizə orqanlarına məlumat verib. Virtualaz.org-a faktı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib. Onun sözlərinə görə, mühasib də daxil olmaqla 7 nəfər zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb. Hazırda onların vəziyyəti normaldır, yardım göstərildikdən sonra evə buraxılacaqlar. Hhüquq-mühafizə orqanlarının əməkdaşları poliklinikadadırlar, onlar kəskin iyin nədən yarandığını araşdırırlar.