Sosial şəbəkədə biz:

Ekspert: “Nümunəvi müəllimləri barmaqla saymaq olar”

10 November 2018, 11:55
Gündəm
“Müəllimlik sahəsində problemlərin olduğu uzun müddətdir müşahidə olunur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Məlahət Mürşüdlü deyib. Ekspert bildirib ki, bu gün müəllimin ən böyük problemi pedoqoji əməkdaşlığın bütün tələblərini yerinə yetirə bilməməsidir: “Müəllimlərin əməkdaşlıq səviyyələri  və özünütəhsil məsələləri günün tələbləri səviyyəsində deyil. Bu gün azsaylı nümunəvi müəllimlərimiz var. Nümunəvi müəllimləri təcrübələri öyrənilməli və yayılmalıdır. Bu əlaqədar dövlət strukturlarının n mühüm işlərindən biri olmalıdır”.