Sosial şəbəkədə biz:

Etibar Məmmədova mandatı Ayaz Mütəllibov alıb? - AMİP-dən eks-prezidentə CAVAB

14 November 2018, 10:22
Gündəm
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov “Qaynar qazan” verilişində səsləndirdiyi fikirlərlə gündəmə gəlib. A.Mütəllibov verilişdə deyib ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovu həbsdən o xilas edib və onA deputatlıq verib. “E.Məmmədovun mandatını seçkidən əvvəl hazırlatdırıb seyfə qoymuşdum”, - deyə A.Mütəllibov qeyd edib. Məsələ ilə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov Cebhe.info-ya açıqlamasında A.Mütəllibovun dediklərini onun qocalığı ilə əlaqələndirib: “Etibar Məmmədovu 1 miyondan çox insanın imzası həbsdən xilas edib. Ayaz Mütəllibov kim idi ki, Etibar Məmmədovu həbsdən azad etsin? Ayaz Mütəllibov o zaman SSRİ-yə işləyən, xalq hərəkatını boğaraq hakimiyyətdə qalmağa çalışırdı. Onun dedikləri cəfəngiyyatdır. Ayaz Mütəllibov artıq yaşlanıb, ona görə də ağlına gələni danışır”. Vilayət Muxtar