Sosial şəbəkədə biz:

Abel Məhərrəmov rektor vəzifəsindən azad edildi - RƏSMİ

15 November 2018, 16:55
Gündəm
Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Ölkə başçısının sərəncamında deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin".

Qeyd edək ki, A.Məhərrəmov 1999-cu il yanvar ayının 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmişdi.