Sosial şəbəkədə biz:

“Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq” – Tramp

17 November 2018, 19:10
Gündəm
“Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Qeyd edək ki, noyabrın 17-də o, ABŞ-ın dövlət katibi Maykl Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspellə görüşəcək. Həmin görüşdə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi əmrinin vəliəhd şahzadə Məhəmməd bin- Salman tərəfindən verildiyi və Fətullah Gülənin Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.