Sosial şəbəkədə biz:

Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib - Foto

18 November 2018, 23:56
Gündəm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gəlib.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Belarusun Baş nazirinin müavini Mixail Rusiy və digər rəsmi şəxslər qarşıladılar.