Sosial şəbəkədə biz:

Amaliya Pənahovanın bu vəzifəsi qızına verildi

19 November 2018, 11:36
Gündəm
Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın vəfatından sonra teatrın direktoru vəzifəsinə onun qızı Aynur Muxtarova gətirilib. Azinforum.az xəbər verir ki, bu barədə Unikal.org-a Bakı Bələdiyyə Teatrının truppa müdiri Zemfira Babayeva məlumat verib. Qeyd edək ki, A.Muxtarova bu təyinata qədər Bakı Bələdiyyə Teatrının direktor müavini olub. Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılıb.