Sosial şəbəkədə biz:

“Bilmirəm gəlini hara aparacağıq...”- Yanan binada toy

Dünən Bakının Nobel prospektində yanan 9 mərtəbəli bina sakinlərinə artıq kirayə pulları paylanıb.  Azinforum.az ”nun lent.az-a istinadən məlumatına görə, yanğından binanın bu gün toyları olan sakinləri də zərər çəkib. Qız evi 8-ci, oğlan evi isə 2-ci mərtəbədə yaşayır və dünən axşam onların ikisinin də evi yanıb. Amma bu gün toy eləməyə məcburdurlar. Ali Hərbi məktəbi bu il bitirəcək oğlanın atası Əli Məmmədov bildirir ki, dəvətnamələr paylandığından toyu təxirə sala bilməzlər: “Heç bilmirəm nə olacaq, necə olacaq. Onların da, mənim də evim yanıb. Gəlini hara aparacağıq, elə onu düşünürəm”. Qeyd edək ki, binanın yanğından mühafizə olunmuş hissəsinin sakinləri artıq evlərinə dönüblər.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol