Sosial şəbəkədə biz:

Bakıda qayın yeznəsinə 7 bıçaq zərbəsi vurdu, sonra polisə getdi...

26 November 2018, 11:23
Gündəm
Bakıda qayın yeznəsini bıçaqlayıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Məsimov Elçin Miryəhya oğlu evinin yaxınlığında qayını, 1977-ci il təvəllüdlü Yaqubov Bəhram Rafiq oğlu ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Hadisə nəticəsində B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub.   Yaralı koma vəziyyətində 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. B.Yaqubov könüllü olaraq polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci ( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.