Sosial şəbəkədə biz:

Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər

Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər
Xəbər Şəkli
17 October 2026, 10:03
Siyasət

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi müddəti 2029-cu ilə qədər artırılıb.

 

Qeyd edək ki, bu müddət 2026-cı ilə qədər nəzərdə tutulmuşdu.