Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilir.
Azinforum.az APA-ya istinadla xəbər verir ki, bu, partiyanın VIII Qurultaydan sonra ilk iclasıdır.
Bildirilib ki, iclasda YAP-ın Veteranlar Şurasının yeni tərkibi formalaşıb.
Qeyd olunub ki, Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyev Veteranlar Şurasının yeni tərkibində yer almayıb.
“İclasda qəbul edilən qərara əsasən, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılıb”, - Agentlik yazır.