Sosial şəbəkədə biz:

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Xəbər Şəkli
17 October 2026, 09:24
Sosial

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.

Bu barədə report-un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.
Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub

.
\O da bildirilib ki, sentyabr ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı DMX tərəfindən 144 qərar qəbul edilib.