Sosial şəbəkədə biz:

Əmək müqavilələrinin sayında azalma qeydə alınıb

Əmək müqavilələrinin sayında azalma qeydə alınıb
Xəbər Şəkli
15 October 2026, 09:00
Sosial

Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda əmək müqavilələrinin sayında azalma qeydə alınıb.
Bu məlumat Dövlət Vergi Xidməti tərəfindən açıqlanıb.
Qeyd edək ki, Dövlət Vergi Xidməti 2026-cı il yanvarın 1-də ölkədə əmək müqavilələrinin sayının 1 milyon 895 min 378, iyunun 1-də isə 1 milyon 893 min 84 olduğunu açıqlayıb.
Açıqlanan məlumatlardan belə görünür ki, bu ilin ilk 5 ayında əmək müqavilələrinin sayı 2 min 294 və ya 0,12% azalıb.
Məlumat üçün onu da qeyd edək ki, bu il sentyabrın 1-ə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayında da azalma olub. Bu ilin əvvəlində muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər olduğu halda, sentyabrın 1-ə onların sayı 1 milyon 776,8 min nəfər olub. Nəticədə, bu ilin ilk 8 ayında muzdla çalışan işçilərin sayı 31,2 min nəfər azalıb.