Sosial şəbəkədə biz:

BQXK-dən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

BQXK-dən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
Xəbər Şəkli
17 October 2026, 08:57
Siyasət

Beynəlxalq Qızıl Xaç Komitəsi hələ ki Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevi ziyarət etməyib.

Bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Zara Amatuni bildirib.

"Bizim bu məsələni həll etmək üçün mandatımız var. Hazırda heç bir səfər olmayıb. Biz bu məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə dialoq aparırıq", - deyə Amatuni qeyd edib.

Qeyd edək ki, hərbi hissəni özbaşına tərk edərək qarşı tərəfə keçən Nəsimi Musayev Ermənistan məhkəməsinin qərarı ilə həbs edilib.