Sosial şəbəkədə biz:

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

27 November 2018, 19:11
Gündəm
Prezident İlham Əliyev Mahir Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasənAzərbaycan ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Qeyd edək ki, M. Quliyev 26 aprel 2011-ci ildən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır.