Sosial şəbəkədə biz:

“Synergy Group”un şirkətlərindən biri ləğv olunur

28 November 2018, 10:34
Gündəm
“Synergy Sport” MMC ləğv olunduğunu elan edib. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib. Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 55, mənzil 23 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Synergy Sport” 2013-cü ilə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkət “Synergy Group” MMC-yə daxildir.