Sosial şəbəkədə biz:

Futbolçu Nicat Muxtarov 3 saylı istintaq təcridxanasına köçürülüb

20 September 2017, 12:35
Gündəm
“Sumqayıt” klubunun oğurluğa görə həbs edilmiş futbolçusu Nicat Muxtarov istintaq təcridxanasına köçürülüb. \"Report\"un əldə etdiyi məlumata görə, futbolçu 3 saylı istintaq təcridxanasına etab edilib. Məlumatda bildirilir ki, ötən gün Sumqayıt Şəhər Məhkəməsində onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmədə N.Muxtarov əməlindən peşman olduğunu söyləyib. Qeyd edək ki, N.Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.