Sosial şəbəkədə biz:

Bakıda itkin düşmüş 20 yaşlı qız tapıldı - Rəfiqəsigildə imiş...

03 December 2018, 17:49
Gündəm
Bakıda itkin düşən 20 yaşlı qız tapılıb. Bu barədə Trend-ə itkin düşmüş qız Müjgan Məmmədovanın anası A.Rüstəmova bildirib. O bildirib ki, qızı M.Məmmədova rəfiqəsigildə olub, lakin bu barədə evə məlumat verməyib. Hadisə ilə bağlı polisə məlumat veriləndən sonra, qızı tapılıb. *** Bakıda 20 yaşlı qız itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 8Ş, mənzil 296-da yaşayan Rüstəmova Aynur Nurəddin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 30-da səhər saatlarında idman zalında qeydiyyat şöbəsində işləyən qızı, 1998-ci il təvəllüdlü Məmmədova Müjgan Eldar qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.