Sosial şəbəkədə biz:

Lavrova Moskvada çıxış etməyə imkan vermədilər - VİDEO

03 December 2018, 23:06
Gündəm
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Beynəlxalq könüllülər forumunda çıxış edərkən gözlənilməz hadisə baş verib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, nazir çıxış edərkən mikrofon qəflətən sönüb. Təşkilatçılar nasazlığı aradan qaldırmağa çalışsalar da, bu, mümkün olmayıb. Ardınca işıq sönüb və bu problem də həll edilməyib. Nəticədə Lavrov səhnəni tərk etməli olub.