Sosial şəbəkədə biz:

“Fitch”: "2020-ci ildə neftin qiyməti 62,5 dollar olacaq"

05 December 2018, 21:33
Gündəm
“Fitch” beynəlxalq reytinq agentliyi iqtisadiyyata dair icmalını dərc edib. “Report” xəbər verir ki, sənədə görə, 2019-cu ildə neftin bir barelinin qiyməti orta hesabla 62 ABŞ dolları olacaq, 2020-ci ilə dair proqnoz isə 57,5 dollardan 62,5 dollaradək qaldırılıb. Bununla yanaşı, 2018-ci ilə dair proqnoz da 72 dollardan 72,5 dollara çatdırılıb. Müəlliflərə görə, bu dəyişikliyin səbəbi OPEC+ formatının neft qiymətlərini sabitləşdirəcəyinə inamın artmasıdır. “OPEC+ formatında hasilatın bir qədər azaldılmasına dair razılaşmaların mümkünlüyü ilə bağlı neft qiymətlərinin indiki səviyyədən əvvəlki rəqəmlərə qayıdacağını gözləyirik”, – icmalda qeyd olunub.