Sosial şəbəkədə biz:

Coşqun Rəhimov: Öldü deyə-deyə axırda öldürəcəklər məni

06 December 2018, 21:15
Gündəm
“Bu şəhərdə” komandasının sevilən aktyoru, əməkdar artist Coşqun Rəhimov haqda xoşagəlməz xəbərlər yayılıb. Oxu.Az-ın məlumatına görə, sosial şəbəkədə Coşqununu dünyasını dəyişdiyinə dair şayiələr gündəmə çevrilib. Məsələ ilə bağlı Open.az-a danışan Rəhimov yayılan bu söz-söhbətin əsassız olduğunu vurğulayaraq, belə mövzulara artıq fikir vermədiyini dilə gətirib. “Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir anlamıram. Öldü deyə-deyə axırda məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir”.