Sosial şəbəkədə biz:

Rusiya azərbaycanlıları toyda pulu xəzəl kimi səpdilər (VİDEO)

13 December 2018, 21:47
Gündəm
Sosial şəbəkələrdə yeni video çarx müxtəlif reaksiyalara səbəb olub.
Belə ki, video görüntülər bir toyda lentə alınıb. Kadrlarda yerdə xəzəl kimi pul var. Kənardan keçən uşaqların biri pulu qucağına yığıb aparır.
Oynayanlar isə ayaqlarının altındakı pula məhəl belə qoymurlar. Qeyd edək ki, toyda oynayanın başına pul səpmək köhnə adətlərimizdəndir. Bakı toylarında belə adətlərə artıq çox nadir hallarda rast gəlinsə də, Rusiyada yaşayan azərbaycanlılar hələ də bu adəti davam etdirirlər. (Ölke.az)