Sosial şəbəkədə biz:

Şəmistan Əlizamanlı yenidən "Diriliş Ertuğrul" serialında – VİDEO

13 December 2018, 22:23
Gündəm
Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı yenidən "Diriliş Ertuğrul" serialına çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, oğlu Gündüzü xilas etdikdən sonra obasında şənlik edən Ərtuğrul bəyin məclisinin ozanı rolunu oynayan Ş.Əlizamanlı bu dəfə də "Zəfər bismillah" mahnısını oxuyub. Xatırladaq ki, maraqla izlənilən film Səlçuqlu dövründən bəhs edir.