Sosial şəbəkədə biz:

UEFA Ermənistanı cəzalandırdı

14 December 2018, 22:17
Gündəm
UEFA Ermənistan Futbol Federasiyasını cərimə edib.
Fanat.Az xəbər verir ki, buna UEFA Millətlər Liqasının III turunda keçirilən Ermənistan - Cəbəllütariq oyununda yerli azarkeşlərin etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər. Bu səbəbdən Ermənistan Futbol Federasiyası 18 min avro cərimələnib
Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub.