Sosial şəbəkədə biz:

“Qalatasaray” “Başakşəhər”lə bacarmadı

16 December 2018, 09:23
Gündəm
Türkiyə Superliqasında XVI turun oyunları keçirilir. Çempionatın lideri "Başakşəhər" öz meydanında “Qalatasaray”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. Bu oyundan sonra "Başakşəhər" xallarının sayını 34-ə yüksəldərək liderliyini qoruyub. “Qalatasaray” isə 26 xalla ikinci yerə yüksəlib. Xatırladaq ki, komandalar indiyədək 22 dəfə qarşılaşıblar. Onlardan 7-də "Başakşəhər", 11-də “Qalatasaray” qalib gəlib, 4 oyun isə heç-heçə başa çatıb. (Azvision.az)