Sosial şəbəkədə biz:

“Brilliant Dadaşova vəsiqəsində yaşını azaldıb”

17 December 2018, 11:06
Gündəm
Azərbaycanın məşhur əkizləri Sevil və Sevinc Səfərovalar ATV maqazin proqramına qonaq olublar. “Qafqazinfo” xəbər verir ki, onlar verilişdə bəzi suallara qalmaqallı şəkildə cavab veriblər.  Sevil-Sevinc açıqlmasında qanun pozduqlarını etiraf ediblər: “Dəfələrlə qanun pozmuşuq. Qanun pozmaq üçün yaranıb”. Bundan əlavə, Sevinc xalq artisti Brilliant Dadaşovanın yaşını kiçiltdiyini bildirib: “Deyirlər ki, Brilliant Dadaşova yaşını azaldıb.  Şəxsiyyət vəsiqəsində... Elə eşitmişəm”. Həmçinin əkizlər qeyd edib ki, sevgililəri onları ilk tanışlıq vaxtlarında səhv salıb:“Sevgilimiz bizi səhv salıb. Təzə vaxtlarda olub. Görüşə gedəndə yerimizi dəyişməmişik. Amma imtahanlara bir-birimizin yerinə getmişik”.