Sosial şəbəkədə biz:

19 yaşlı tələbəni psixoloq kimi cəmiyyətə Elçin Əlibəyli tanıdıb? - Teleaparıcıdan AÇIQLAMA

17 December 2018, 11:41
Gündəm
Son günlər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir etməsi ilə gündəmə gələn Nərmin Şahmarzadənin psixoloq olması barədə yeni məlumatlar ortaya çıxıb.
Demokrat.Az xəbər verir ki, cəmiyyətə psixoloq kimi təqdim edilən 19 yaşlı Nərmin Şahmarzadə əslində hələ universitet tələbəsidir.
Onun psixoloq kimi ictimaiyyətə tanınmış teleaparıcı Elçin Əlibəyli tərəfindən tanıdıldığı deyilir. Çünki Nərmin Şahmarzadə tez-tez Elçin Əlibəylinin aparıcılıq etdiyi verilişlərə psixoloq kimi qonaq dəvət edilib.
Məsələ ilə bağlı Elçin Əlibəyli Demokrat.Az-a bildirib ki, Nərmin Şahmarzadə gənc psixoloqdur:
"Mən onu verilişimə dəvət edənə qədər o tanınırdı. Mən də onu bir neçə dəfə verilişlərimə qonaq dəvət etmişəm".