Sosial şəbəkədə biz:

"Ssenari" qurub, gömrükçüləri aldatmaq istəyən qadın vəzifəli şəxsin qızıdır –  (VİDEO)

17 December 2018, 12:32
Gündəm
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə 23 ədəd mobil telefonu xüsusi "ssenari" ilə keçirməyə cəhd ediblər. Unikal.org-un əldə etdiyi məlumata görə, Yaqubova Layə Cümşüd qızı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş mühasibi Şövkət Yaqubovanın qızıdır. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Şövkət Yaqubova saxlanılan şəxsin onun qızı, Nurlan Nəsibovun isə  kürəkəni olduğunu təsdiqləyib. Famil Fərhadoğlu