Sosial şəbəkədə biz:

İranlı general özünü güllələdi

17 December 2018, 12:39
Gündəm
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Samin ül Əimmə” qərargahının komandiri, general Qüdrətullah Mənsuri şəxsi tapançasından açılan atəş nəticəsində həyatını itirib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə dekabrın 16-sı səhər saatlarında Məşhəd şəhərində baş verib. Qürətullah Mənsuri xidməti tapançasını təmizləyərkən atəş açılıb və o, başından aldığı güllə yarasından yerindəcə keçinib. Bildirilir ki, o, İran-İraq müharibəsinin iştirakçılarından olub və bundan əvvəl “İmam Rza” qüvvələrinin 21-ci briqadasının, 5-ci “Nəsr” ordusunun və “Qüds” qərargahının komandiri vəzifələrində çalışıb.