Sosial şəbəkədə biz:

Azərbaycanda boşanmalarla bağlı şok - Statistika

18 December 2018, 10:29
Gündəm
Azərbaycanda son 10 ildə boşanmaların sayı 146 faiz artıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu statistik məlumatları hüquqşünas Ələsgər Məmmədli açıqlayıb. Ə.Məmmədli qeyd edib ki, 2018-ci ilin 10 ayı ərzində 50 882 evlənmə, 12 396 boşanma qeydə alınıb. Son 10 il ərzində statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir. Belə ki, 2008-ci ildə ölkədə 79 964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib. 10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə sonlanıb. Qısacası, 10 ildə boşanma 146% artıb. Müvafiq illərə görə boşanmanın evliliyə nisbətinin artımının sürətini aydın görmək mümkündür: 2008 - 9,92% 2009 - 9,97% 2010 - 11,44% 2011 - 12,19% 2012 - 14,02% 2013 - 14,23% 2014 - 13,50% 2015 - 18,55% 2016 - 19,64% 2017 - 23,06% 2018 - 24,36% Evliliyin sayı 2007-ci ildə 81 738-dən, 2017-ci ildə 62 923-dək, yəni 23,01% geriləyib. Boşanma 2008-də 7933-dən, 2017-də 14 514-dək, yəni 83% yüksəlib. Hüquqşünas əlavə edib ki, bunlar ciddi araşdırma mövzularıdır: “Sosioloqlar, psixoloqlar bunu çoxyönlü araşdırıb, səbəbləri sıralamalı, toplumu bilgiləndirməlidir. Məsələn, internet və sosial şəbəkə istifadəsi nisbətinin son 10 ildə artımı ilə boşanma nisbətinin artımı arasında bir əlaqə varmı, varsa nədir?”