Sosial şəbəkədə biz:

Qarabağda erməni hərbçilərin faciəsi davam edir

18 December 2018, 11:10
Gündəm
Ermənistan ordusunun daha bir əsgəri yaralanıb. "Novosti Armeniya" xəbər verir ki, əsgər baş nahiyəsindən yaralanıb. Məlumata əsasən, yaralanan şəxs 1999-cu il təvəllüdlü Andranik Ovanisyandır. Yaralanan əsgərin vəziyyətinin ağır olduğu bildirilir.

Onun Ararat Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı qeyd olunur.

Ermənistan Müdafiə Nazirliyinin Yerevanda yerləşən Mərkəzi Klinik Hospitalına gətirilib. Bununla da son 4 gün ərzində hospitala 5 hərbçi gətirilib. (Sputnik)