Sosial şəbəkədə biz:

Azərbaycanlı müğənninin maşınını partladıblar- Özü içində olub (VİDEO)

19 December 2018, 16:05
Gündəm
Müğənni Cavad Rəcəbov ATV-də yayımlanan "Şou ATV" verilişinin qonağı olub. BAKU.WS-in məlumatına görə, ifaçı verilişin formatına uyğun olaraq həyatı ilə bağlı etiraflar edib. C. Rəcəbov illər əvvəl başına gələn qorxunc hadisə haqda danışıb.   O, 1992-ci ildə idarə etdiyi avtomobilinin altına atılan qumbaranın partlamasına baxmayaraq sağ qalmasını "möcüzə" adlandırıb. "Camaat gəldi məni maşının içindən çıxartdı. Maşın deşik-deşik olmuşdu. Mənə bir qəlpə dəymədi".