Sosial şəbəkədə biz:

Azərbaycanda 6 hakimin səlahiyyətinə xitam verildi

21 December 2018, 20:14
Gündəm
Azərbaycanda pozuntulara yol verdiklərinə görə, 6 hakimin səlahiyyətlərinə xitam verilib. Bu barədə Məhkəmə-Hüquq Şurasının dekabrın 21-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında məlumat verilib. Yığıncaqda vurğulanıb ki, səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub. Eyni zamanda 57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun sayılıb.