Sosial şəbəkədə biz:

Messidən daha bir rekord - VİDEO

23 December 2018, 15:51
Gündəm

Argentinalı hücumçu bununla da “böyük beşlik” çempionatlarında son 11 mövsümdə ən azı 15 qol vuran ilk futbolçu adına sahib çıxıb.

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi daha bir rekorda imza atıb. O, dünən komandasının La Liqanın 17-ci turunda “Selta”ya 2:0 hesabı ilə qalib gəldiyi oyunda 1 dəfə fərqlənib və bu mövsüm vurduğu qolların sayını 15-ə çatdırıb. Argentinalı hücumçu bununla da “böyük beşlik” çempionatlarında son 11 mövsümdə ən azı 15 qol vuran ilk futbolçu adına sahib çıxıb. Messinin vurduğu qolların statistikası aşağıdakı kimidir: 2008/09 mövsümü – 23 qol 2009/10 mövsümü – 34 qol 2010/11 mövsümü – 31 qol 2011/12 mövsümü – 50 qol 2012/13 mövsümü – 46 qol 2013/14 mövsümü – 28 qol 2014/15 mövsümü – 43 qol 2015/16 mövsümü – 26 qol 2016/17 mövsümü – 37 qol 2017/18 mövsümü – 34 qol (qafqazinfo)