2018-ci ilin ən çox qazanan “Youtuber”i: Onun cəmi 8 yaşı var
Artıq “Youtube” sayəsində pul qazanılıb-qazanılmadığı mübahisələrinin əvəzinə, dünyanın hər yerində "Yutuber"lərin gəlirlərinin nə qədər olduğu haqda mübahisə və müzakirələr yaşanır. Bu ilin ən çox qazanan "Youtuber"inin isə, cəmi 8 yaşı var. Bəs, o, bunu necə bacarıb?
Bu suala aşağıdakı bəndlərlə cavab verməyə çalışacağıq.
Yaradıcı olmaq
"Youtube" yaradıcı, hər gün nəyisə kəşf edə bilən beyinlərə böyük bir şans tanıyır. Bir neçə saniyəlik qısa videolar, bir neçə dəqiqəlik qısa filmlər və ya fərqli videoroliklər... Bura hər an yeni videolar, hər an yeni ulduzlar və hər an yeni məzmunlarla qarşılaşmağın mümkün olduğu bir dəryadır.Heç də asan deyil, onlarla yeni məzmun lazımdır
Bu video platformasının içində fərqlənməyin özü ən böyük qabiliyyətdir. Belə ki, geniş bir arxivə sahib olan "youtube"da, fərqli iş ortaya qoymasan, heç bir nəticəyə nail ola bilməyəcəksən. Bunun yolu isə durmadan yeni məzmunlu videolar yükləmək, hər gün yeniliklərlə özünə izləyici yığmaqdır.Uşaqlar və gənclərlə bağlı videolar daha çox pul və izləyici qazandırır
“Youtube okeanı”nda ən çox izlənən videolar uşaqlarla bağlı olan videolardır. Cizgi filmləri, fərqli-fərqli animasiyalar, oyuncaqların təqdimatı, uşaq mahnıları geniş izləyici kütləsi yığmağa səbəb olur. Burada əsas məsələ məzmunun doğru seçilməsidir. Bu isə öz növbəsində videoların təkrar izlənməsinə gətirib çıxarır. Artıq belə bir deyim də var: “Dünyanın hər yerindən olan uşaqlar youtube-da biraraya gəlirlər.”