Sosial şəbəkədə biz:

BDU-nun yeni rektor əvəzi vəzifəsinin icrasına başlayıb

24 December 2018, 13:58
Gündəm
Bakı Dövlət Universitetinin (BDU) rektoru əvəzi təyin olunan Firudin Qurbanov vəzifəsinin icrasına başlayıb. Bu barədə “Report”a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. O, dekabrın 24-də universitetin prorektorları və rektorun müşavirləri ilə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib. Qeyd edək ki, təhsil nazirinin müavini F.Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. F.Qurbanov eyni zamanda təhsil nazirinin müavini vəzifəsində qalacaq. Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.