Sosial şəbəkədə biz:

Azərbaycanlı xanım aparıcıya çəngəllə xəsarət yetirildi

25 December 2018, 14:25
Gündəm
Azərbaycanda televiziya aparıcısına çəngəllə xəsarət yetirilib. Azinforum.az-ın  “Report”a istinadən xəbərinə görə, “Dünya” TV-nin (DTV) aparıcısı Humay Muxtarova polisə şikayət edərək, dekabr ayının 22-də Nəsimi rayonu ərazisində yerləşən restoranlardan birində Vaqif adlı tanışı ilə birlikdə olan zaman həmin şəxsin ona hücum etdiyini və çəngəllə xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırma aparılır.