Sosial şəbəkədə biz:

78 yaşlı şəxs metronun “28 May” stansiyasında öldü

25 December 2018, 17:32
Gündəm
Bakı metrosunda ölüm hadisəsi baş verib. “Trend”in məlumatına görə, hadisə metronun "28 May" stansiyasında qeydə alınıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisəni təsdiqləyib: "Hadisə bu gün saat 16:25 radələrində metronun "28 May" stansiyasında baş verib. Bakı şəhər sakini 1940-cı il təvəllüdlü Nazim Əhmədov stansiyanın platformasında öz əcəli ilə dünyasını dəyişib".