Sosial şəbəkədə biz:

Sabunçuda YANĞIN: YARALILAR VAR

27 December 2018, 10:21
Gündəm
Sabunçuda yanğın hadisəsi baş verib. FHN-dən Unikal.org-a verilən məlumata görə, bir dam altında tikilmiş, ümumi sahəsi 40 m² olan 1 otaqlı evin yanar konstruksiyaları 25 m² sahədə və ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər xəsarət alıb. Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.