Sosial şəbəkədə biz:

Poroşenko Azərbaycandakı səfiri işdən çıxardı

27 December 2018, 21:58
Gündəm
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko vəzifəsindən azad edilib. Bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko müvafiq fərman imzalayıb. Qeyd edək ki, Aleksandr Mişşenko 2011-ci ilin aprelin 6-dan indiyədək Ukraynanın Azərbaycandakı səfiri vəzifəsini icra edib. Mişşenko bundan əvvəl Ukrayna XİN-in dördüncü ərazi departamentinin direktoru işləyib. Departamentin fəaliyyət dairəsinə Mərkəzi və Şərqi Avropa ölkələri, Balkan və Cənubi Qafqaz regionlarının ölkələri, eləcə də Türkiyə daxildir. Mişşenko, həmçinin 2003-2005-ci illərdə Ukraynanın Avstraliyada, 2005-2008-ci illərdə Türkiyədə səfiri olub. Azvision.az