Sosial şəbəkədə biz:

Dekan nazir müavini təyin olundu - Energetika Nazirliyində dəyişiklik

28 December 2018, 16:58
Gündəm
Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.
Azinforum.az "Report”a istinadən xəbər verir ki, bu vəzifə ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru, İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanovahəvalə edilib.
Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.
Qeyd edək ki, yeni nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilən Natiq  Abbasovu əvəz edib.