Sosial şəbəkədə biz:

Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunub – Qərar

28 December 2018, 16:59
Gündəm
Milli Məclisin bu günkü iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilmələri haqqında məsələyə baxılıb.
Qanun layihəsində Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edildi. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib/Musavat.