Sosial şəbəkədə biz:

Lukaşenko “Miss Belarus-2018”in qalibi ilə rəqs etdi

29 December 2018, 13:44
Gündəm
Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqillik Sarayında keçirələn Yeni il gecəsinə qatılıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, gecədə təhsildə, yaradıcılıqda və idmanda uğur qazanan 300 məktəbli və tələbə iştirak edib. Lukaşenko tədbirdə çıxış edib, gənclərin ölkənin taleyindəki roluna toxunub, hər kəsi təbrik edib. Daha sonra isə rəqs başlayıb və Lukaşenko “Miss Belarus-2018” gözəllik yarışmasının qalibi Mariya Vasilyeviçlə rəqs edib.