Sosial şəbəkədə biz:

"Fenerbahçe" 14 futbolçu ilə vidalaşdı

30 December 2018, 11:10
Gündəm
Turkiyənin "Fenerbahçe" futbol klubu 14 futbolçu ilə yollarını ayırır. Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Martin Skrtel, Neustadter, Tolga Ciğerci, Roberto Soldado, Mathieu Valbuena, Şener Özbayraklı, İsmail Köybaşı, Aatif, Volkan, Erten Ersu və Yiğithan ilə imzalanan müqaviləyə xitam veriləcək. Bundan başqa “Fenerbahçe” icarə əsasında heyətində qatdığı Slimani, Ayev və Benzia öz klublarına geri dönəcək.