Sosial şəbəkədə biz:

Yevlaxda sərnişin qatarı qəzaya uğradı

30 December 2018, 11:13
Gündəm
Yevlaxda qatar qəzaya uğrayıb. "Report"un məlumatına görə, sərnişin qatarı ikiyollu nəqliyyat vasitəsi - "friLiner"lə (ikiyollu daşıyıcı tez zamanda üstqurmaların dəyişməsini təmin edən, dəmir yollarında texniki xidmət işlərini, elektrik xəttlərinin təmiri və hündürlükdə həyata keçirilən işlər üçün universal nəqliyyat vasitəsi) ilə toqquşub. Qəza nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.