Sosial şəbəkədə biz:

Azərbaycanlı döyüşçü yaponiyalını rinqə çıxmağa peşman etdi - VİDEO

31 December 2018, 23:20
Gündəm
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev yaponiyalı Nobumitsu Osava üzərində qələbə qazanıb. Oxu.Az-ın xəbərinə görə, döyüş Yaponiyanın Saytama şəhərində Rizin 14 turniri çərçivəsində  keçirilib. Musayev rəqibini ikinci raundda nokauta göndərib. Bu, Tofiq Musayevin MMA qaydaları keçirdiyi döyüşlərdə 14-cü qələbəsidir. Azərbaycanlı yalnız üç döyüşdə məğlub olub.