Sosial şəbəkədə biz:

UEFA 2019-cu ildə ulduz statusu ala biləcək futbolçuların siyahısını açıqlayıb

02 January 2019, 22:22
Gündəm
UEFA 2019-cu ildə ulduz statusu ala biləcək gənc futbolçuların siyahısını açıqlayıb. “Report” xəbər verir ki, “50-lik”də Türkiyə millsinin iki oyunçusu da var. Bunlar “Alanyaspor”un formasını geyinən 20 yaşlı Merih Demiral və “Qalatasaray”da çıxış edən 18 yaşlı Ozan Kabakdır. Hər iki futbolçu mərkəz müdafiəçisidir. Siyahıya Moskva MOİK-nin iki üzvü - yarımmüdafiəçi İlzat Axmetov və hücumçu Fyodr Çalov düşüb. Gürcüstan millisinin və Belçikanın “Gent” klubunun hücumameyilli yarımmüdafiəçisi Georgi Çakvetadze də “50-lik”də yer alıb.