Sosial şəbəkədə biz:

Bakıda avtobus qəzaya düşdü - Yaralılar var

03 January 2019, 09:57
Gündəm
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının yaxınlığında baş verib. "BakuBus" MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu "KİA" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2-si, "KİA" markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib. "Bakı Nəqliyyat Agentliyi"nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, faktla bağlı araşdırma aparılır, araşdırmadan sonra qəzanın səbəbləri müəyyən ediləcək. Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb.