Sosial şəbəkədə biz:

ABŞ Konqresinə seçilən qadın Qurana əl basdı

04 January 2019, 11:25
Gündəm
ABŞ-da keçirilən aralıq seçkilərdə Minnesota ştatından Nümayəndələr Palatasına üzv seçilən Somali əsilli İlhan Omar Konqresdə “Qurani-Kərim”ə əl basaraq and içib. Belə ki, Palataya seçilən ilk hicablı qadın kimi tarixə düşən İlhan Omar andiçmə mərasimi ilə bağlı sosial şəbəkədə paylaşım edərək bunları yazıb: “Uşaq yaşlarımdan partiya qurultaylarında babama tərcüməçilik edirdim. Siyasətə marağımı oyanadan ilk şəxs də babam olub. Kaş, bu tarixi anı görmək üçün burada olaydı. Amma andiçmə mərasimində onun “Qurani-Kərim”inə əl basdığım üçün ruhu oradaydı”. O, bildirib ki, “Qurani-Kərim”i 1995-ci ildə mühacir kimi ABŞ-a köçdükləri zaman babası özü ilə gətirib. Qeyd edək ki, Keniyada 4 il mühacir düşərgəsində yaşayan Omar 12 yaşında ABŞ-a köçüb. Ötən il Minnesota ştatından, ölkədə keçirilən aralıq seçkilərə qatılaraq Respublikaçılar partiyasından olan rəqibi Cennifer Zielinskiyə böyük fərqlə qalib gəlib. (Azvision.az)